Gəncədə iki avtomobil toqquşub - XƏSARƏT ALANLAR VAR

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Səbuhi Əliyev küçəsində qeydə alınıb.

“Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir.

Avtomobilin  sürücüləri 37  yaşlı Nihat Məmmədov və 72 yaşlı Arzu Vəliyev xəsarət alıblar. Hər iki avtomobilin sürücüləri xəstəxanaya yerləşdiliblər. İlkin ehtimala görə qəzaya səbəb yüksək sürət olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv