Gəncədə iki avtomobil toqquşub - YARALI VAR
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı avtomobillə “VAZ 2107” markalı minik maşını toqquşub. Qəza zamanı “VAZ”ın sürücüsü, 1948-ci il təvəllüdlü Quliyev Musa Əvəz oğlu ağır xəsarət alaraq xəstəxanaya yerldəşdirilib, vəziyyətin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.