Gəncədə iki maşın toqquşdu - ANA VƏ OĞLU XƏSARƏT ALIB

Gəncədə iki minik avtomobili toqquşub.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavad Bəy Rəfibəyli və Cavadxan küçələrinin kəsişməsində qeydə alınıb.

 

Vüqar Quliyevin idarə etdiyi “Renault” ilə Simran Həsənovun idarə etdiyi “Mercedes” toqquşub. Qəza zamanı Aynur Quliyeva və övladı Ənvər Quliyev yüngül xəsarətlər alıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv