Gəncədə iki maşın toqquşdu, sürücülər yaralandı
Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Qəmərli küçəsində qeydə alınıb.
“VAZ-2107” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki sürücü yüngül xəsarət alıb, avtomobillər isə yararsız hala düşüb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Qəzaya səbəb avtomobillərdən birinin digərin yoluna çıxması olub. Faktla bağlı araşdırma aparılır.