Gəncədə iki qardaş bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosu xəbər verir ki, hadisə "Dəmir yolunun altı" adlanan ərazidə qeydə alınıb.

 

1990-cı il təvəllüdlü Xəyal Niftəlizadə qarnının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyata götürülüb. Digər yaralı - 1988-ci il təvəllüdlü Turan Niftəlizadə isə kürək nahiyəsindən bıçaq xəsarəti alıb. Hər iki şəxsin vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv