Gəncədə iki yeniyetmə bayram tonqalına düşərək yandı
Gəncədə iki yeniyetmə bayram tonqalına düşərək yanıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, birinci hadisə şəhərin Şeyx Bahəddin küçəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Əli Mehdiyev bayram tonqalını yandırarkən ehtiyatsızlıqdan yanıb. 14 yaşlı yeniyetmə dərhal xəstəxanaya yerləşdirilib. Ona üzünün və əlinin 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub, vəziyyətinin kafi olduğu bildirilir.
Digər hadisə isə şəhərin Mikayıl Hüseynov küçəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Rəşad Abbasov tonqalın üstündən tullanan zaman ocağa düşüb. O, dərhal yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və lazımi tibbi yardım göstərilib.
Xəstəyə sağ yuxarı ətrafın 1-ci və 2-ci dərəcəli yanıq diaqnozu qoyulub, vəziyyətinin orta ağır olduğu bildirilir.