Gəncədə infarkt keçirən sürücü qəza törətdi, ölən var

Gəncədə sükan arxasında infarkt keçirən sürücü qəza törədib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Gəncəvi küçəsində qeydə alınıb.

 

Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Feyruz Mehdiyev idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən infarkt keçirib. Nəticədə avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

 

Xəstəxanaya çatdırılsa da sürücünün öldüyü müəyyənləşib. Müayinə zamanın məlum olub ki, sürücü ürəktutmasından dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv