Gəncədə İran vətəndaşı tüstüdən boğularaq öldü – APA TV

Gəncədə yanğın hadisəsi baş verib. Olay şəhərin Vaqif küçəsində qeydə alınıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Alov qısa müddətdə ram edilib. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Araşdırma zamanı müəyyən olunub ki, İran vətəndaşı - 1951-ci il təvəllüdlü Telae Nasir Yadulla tüstüdən boğularaq ölüb. Qonşuların sözlərinə görə, mərhum evdə tək yaşayırdı. Axır vaxtlar xəstə idi.infat olmuşdu. Məndə bu gün səhər çıxdım, dedim iki gündü görmürəm bu gün görüşüm. Məndə getim yadımdan çıxdı.Qayıdanda gördüm ki pajarnəlar gəlib. dedilər Nasir ölüb.İçərdə peç yanıb.Döşəkədə yanıb.Döşəyi indi apardılar hələdə indiyə qədər yanırdı.Tək yaşayırdı.

Faktla bağlı araşdırma aparılır FUAD NAZİMOĞLU ELŞAD CƏFƏR APA TV GƏNCƏ

Müəllif | Apa.Tv
Apa.tv