Gəncədə itkin düşən 16 yaşlı qız hara gedibmiş?

Gəncədə 16 yaşlı qız itkin düşüb.

 

Şəhərin Bakı küçəsində yaşayan 2006-cı il təvəllüdlü Ceyran Bayramova bir neçə gün bundan əvvəl yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib.

 

APA TV əməkdaşları itkin düşən qızın yaşadığı evdə olublar. Əməkdaşlarımızı evin qarşısında itkin düşən yeniyetmənin anası qarşılayıb. Ana bildirib ki, qızı evdən küsərək Bakı şəhərində yaşayan qohumların evlərinə gedib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirdi ki, qız polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Qonşuların sözlərinə görə 16 yaşlı Ceyran Bayramova bundan əvvəldə evdən küsüb gedib. Həmin vaxt da yeniyetmə qız polis tərəfində tapılıb.

Müəllif | Apa.Tv
Apa.tv