Gəncədə itkin düşən qızı 20 yaşlı sevgilisi öldürüb – HADİSƏNİN TƏFƏRRÜATI

Gəncədə   zibilkdən qadın meyti  tapılıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, araşdırmalar zamanı  məlum olub ki  meyiti tapılan şəxsin bir ay əvvəl itkin düşən şəhər sakini, 2002-ci il təvəllüdlü Pərvin Musayeva olması müəyyən edilib. Onun qətlə yetirildiyi məlum olub.19 yaşlı qızı  sevgilisi Sərdar Cəfərov  boğaraq öldürüb. Mərhumun meyitini 1 ay zibilkdə  zibillikdə gizlədib. Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2001-ci il təvəllüdlü Sərdar Cəfərov saxlanılıb.

Qeyd edək ki, hadisəni törədən şəxs qızın sevgilisi olub.Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.Məlumata görə, Pərvinlə Sərdar tələbə olublar. Hər iki tələbə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb.Sərdar Cəfərov Mühdəndislik fakültəsinin Elektroenergetika mühəndisliyi ixtisası, Pərvin Musayeva isə Aqronomluq fakültəsinin Subioehtiyatları və Akvabitkilər ixtisası üzrə ikinci kurs tələbələri olublar. Adıçəkilən şəxslər ali məktəbə hazırlaşmaq üçün eyni hazırlıq kursuna gediblər.

Faktla bağlı Gəncə şəhər prokrorluğunda cinayət işi açılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv