Gəncədə karantin rejimini pozan 10-a yaxın vətəndaşa cərimə yazılıb
Gəncədə karantin rejimini pozan 10-a yaxın vətəndaşa cərimə yazılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Gücləndirilmiş iş rejimində xidmət aparan polis əməkdaşları mütəmadi olaraq şəhər ərazisində həm xidməti avtomobillərlə şəhər əhalisinə səslənərək, həm də fərdi qaydada sahibkarlar və vətəndaşlarla maarifləndirici söhbətlər apararaq onları xüsusi karantin rejiminin tələblərinə riayət etməyə dəvət edir.
Gün ərzində aparılan reydlər zamanı 10-a yaxın vətəndaş zərurət olmadan evdən çıxdığına görə cərimə edilib. 100-dən çox vətəndaşa isə xüsusi karantin rejiminin tələbləri xatırladılıb, onlara xəbərdarlıq edilərək evlərinə yola salınıb.