Gəncədə kişi həyat yoldaşına 10 bıçaq zərbəsi vurdu – VƏZİYYƏTİ AĞIRDIR

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

 

Belə ki, 1997-ci il təvəllüdlü Aytac Məcidli çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 10 bıçaq xəsarəti alan qadın dərhal əməliyyat olunub. Onun vəziyyəti ağır qiymətləndirilir.

 

İlkin məlumata görə, qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv