Gəncədə kişi yük maşınının altında qalaraq öldü
Gəncədə bədbəxt hadisə baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülçülük adlanan ərazisində qeydə alınıb.
Belə ki şəhər sakini 33 yaşlı Füzuli Məmmədov idarə etdiyi "Mercedes-Sprinter" markalı mikroavtobusla həmin küçədə dönmə əməliyyatını yerinə yetirərkən yolun kənarında dayanan 1954-cü il təvəllüdlü Faiq Kazımovu vurub.
Piyada dərhal xəstəxanaya yerləşdirilsə də, 66 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb.