Zibilliyi yandırdılar, alov evə keçdi - GƏNCƏDƏ
Gəncədə yaşayış evi yanıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şərq küçəsində qeydə alınıb.
Şəhər sakini - 1960-cı il təvəllüdlü Tofiq Həsən oğlu Qasımova məxsus evin dam örtüyü yanıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar NazirliyinİN (FHN) briqadaları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, hadisəyə səbəb evin yaxınlığında olan zibilliyin yandırılması olub.