Gəncədə minik avtomobilləri toqquşub
Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
APA TV xəbər verir ki, hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2107” markalı minik maşını ilə “BMW” markalı avtomobil toqquşub. Qəza zamanı xəsarət alan olmasa da avtomobilərə ziyan dəyib.Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.