Gəncədə minik maşını işıq dirəyinə çırpıldı, xəsarət alan var

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan “VAZ 2106” markalı avtomobil idarəetməni itirərək, yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü  xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır

 

Müəllif | Apa.Tv
Apa.tv