Gəncədə naməlum avtomobillə 54 yaşlı piyada qadın vurulub

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-TV nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Şəhər sakini 54 yaşlı Aygün Qəribovanı naməlum avtomobil vurub.

Xəsarət alan qadın təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb, vəziyyəti orta ağırdır. Hadisənin kim tərəfindən törədildiyi araşdırılır.

Faktla bağlı hüquq mühafizə orqanı əməkdaşları tərəfindən araşdırma başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv