Gəncədə naqillər yandı, “Azərenerji”nin əməkdaşı xəsarət aldı

Gəncədə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı iş başında ağır yanıq xəsarətləri alıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, qurumun əməkdaşı, 1983-cü il təvəllüdlü İlkin Abbasov şəhərin İnşaatçılar küçəsində elektrik naqillərində yaranmış nasazlığı aradan qaldırarkən naqillərdə alışma baş verib. Nəticədə o, ağır yanıq xəsarəti alıb.

 

Xəstəxanaya çatdırılan İlkin Abbasova 3 və 4-cü dərəcəli texniki termik yanığı diaqnozu qoyulub. Vəziyyəti ağır olduğu üçün paytaxtdakı xəstəxanalardan birinə göndərilib.

 

Müəllif | Apa.Tv
Apa.tv