13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

Gəncədə narkotik satanlar tutuldu

Gəncədə qanunsuz narkotik satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş şəhər sakini Anar Məmmədov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən külli miqdarda “heroin” aşkar edilib.

 

Keçirilən digər əməliyyat nəticəsində daha bir keçmiş məhkum İlham Hümbətov və  Eşqin Əliyev saxlanılıb. Onların üzərindən də “heroin” tapılıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın