Gəncədə piyadanı avtomobil vurdu
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Hərəkətdə olan "Volkswagen" markalı minik maşını yolu keçmək istəyən Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Məhərrəmov İman Məcid oğlunu vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.