Gəncədə qadın və kişi narkotiklə tutuldu

Qadın və kişi külli miqdarda narkotiklə saxlanılıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və tabeliyində olan Qərb Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Nisə Vəlizadə və Elmar Piri yaxalanıb.

Araşdırmalar zamanı məlum olub ki, Nisə Vəlizadə İran vətəndaşı olan Sabir adlı şəxsin göndərdiyi narkotik vasitəni Elmar Piridən ona çatdırmasını xahiş edib. Elmar Piri hələlik adı istintaqa məlum olmayan qadının şəhər ərazisində gizlətdiyi narkotik vasitəni götürərək Nisə Vəlizadəyə vermək istəyərkən tutulub.

DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımovun sözlərinə görə,  götürülən maddi sübutlar ekspertizaya təqdim olunub: “Elman Piri narkotik vasitəni götürərək Nisə Vəlizadəyə təqdim etdiyi zaman polis əməkdaşları tərəfindən saxlanılıb. Onun əlindəki sellofan torbaya baxış keçirilib. Oradan 1 kiloqram 700 qram “heroin” və 1 kiloqram 300 qram “tiryək” aşkar edilərək götürülüb”.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv