Gəncədə qadının boyunbağısını zorla alıb narkotikə xərclədilər
Gəncədə qadına qarşı soyğunçuluq edən şəxslər saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Ağdam sakini 26 yaşlı Əyyub Razimço və Bərdə sakini 23 yaşlı Surxay Həsənov saxlanılıb.
Aparılan araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər Gəncə şəhər sakini Elnarə Əhmədovanı izləyərək, yaşadığı binanın qarşısında ona qarşı zor tətbiq etməklə boyun bağını ələ keçiriblər.
3200 manat dəyərində boyunbağını ələ keçirən şəxslər onu Bərdədə satıblar. Puluna isə elə həmin rayondaca narkotik vasitə əldə ediblər.
Satılan boyunbağı artıq tapılaraq maddi sübut kimi götürülüb. Saxlanılan Əyyub Razimçonun sözlərinə görə, həmin boyunbağını Bərdə şəhərində cinayət ortağının qohumuna 2330 manata satıblar: “Qadın bloka girəndə məndə dalınca girdim. Girdim sepi qırıb qaçanda qadın sepin bir qırağından tutdu. Çəkdim əlindən çıxdı. Qaçdım binanın camaatı dalımla düşdü. 7-8 nəfər olardılar. Surxay əli ilə işarə etdi bu tərəfə gəl.
Faktla bağlı cinayət iş başlanılıb, istintaq aparılır.