Gəncədə qardaş qardaşı bıçaqlayıb
Gəncədə bıçaqlanma hadisəsi olub.
APA Tv-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Adilxan Ziyadxan küçəsində qeydə alnıb.
1986-ci il təvəllüdlü Hüseynov Röyal Nürəddin oğlu kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, R.Hüseynovu qardaşı bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır.