17:44 17 mart 2023 185
Ana səhifə Xəbərlər

Gəncədə qazinin evi yandı

Gəncədə yanğın hadisəsi baş verib. Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1990-ci il təvəllüdlü Sənan Həsənova məxsus 1 otaqlı evdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı 1 otaqlı ev əşiyaları ilə birlikdə yanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. Qeyd edək ki, Sənan Həsənov Vətən Müharibəsinin iştirakçısıdır. O, müharibədə gedən şiddətli döyüşlərdə yaralınıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın