Gəncədə qəza: yük maşını yolötürücü dairəyə çırpıldı

 

Gəncədə yol qəzası baş verib.

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.

"Shacman" markalı yük maşını idarəetmədən çıxaraq yolötürücü dairəyə çırpılıb. İlkin ehtimala görə, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub. Qəza zamanı yol təsərrüfatına ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv