Gəncədə restoranda yanğın olub

Gəncədə restoranda yanğın baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Natəvan qəsəbəsində qeydə alınıb.

Qəsəbədə yerləşən “Yaşıl park” ailəvi istirahət mərkəzində qəfil yanğın baş verib.

Dərhal əraziyə FHN-in yanğınsöndürən briqadası və texnikası cəlb olunub. Sahəsi 144 kv. metr olan restoranın 30 kv. metri yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv