Gəncədə sakinlərindən türk qardaş və bacılarımıza dəstək

Ölkənin ikinci böyük şəhəri olan Gəncədə Türkiyədə zəlzələdən zərər çəkənlər üçün yardım kampaniyası təşkil olunub. Şəhər sakinləri günün istənilən vaxtı müəyyən edilmiş toplama məntəqəsinə yaxınlaşaraq yardımlar edirlər.

Sakinlər tərəfindən gətirilən yardımlar əsasən isti geyimlər, əlcəklər, corablar, yataq dəstləri, quru ərzaqlar, təmizləyici vasitələrdir.

Həmçinin insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank və ərzaq məhsulları da toplanılır.

Qeyd edək ki, bu gün Gəncədən toplanan ilk yardım avtomobili Bakı şəhərinə yola düşüb.

Müəllif | Apa.Tv
Apa.tv