Gəncədə şəhidlərimizin xatirəsinə 2783 ağac əkilib
Gəncədə Vətən müharibəsi şəhidlərinin xatirəsinə ağac əkilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev park-kompleksində Gənclər Evinin qarşısında keçirilən aksiyada Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayaramov ,Türkiyənin Gəncədə Baş Konsulu Zəki Öztür, idarə və müəssisələrin əməkdaşları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib. Öncə şəhidlərin ruhu yad edilib.
Ağacəkmə aksiyası 400 hektardan artıq ərazisi olan parkda reallaşıb. Aksiyada simvolik olaraq ümumilikdə 2783 Eldar şam və digər həmişəyaşıl ağaclar əkilib. Ağacların əkilməsində məqsəd isə Vətən müharibəsi şəhid olmuş şəhidlərimizin xatirəsini daimi əziz tutmaqdır.