Gəncədə sərnişin avtobusu qadını vurub

Gəncədə 55 yaşlı qadını sərnişin avtobusu vurub.


APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Yeni Gəncə yaşayış massivində qeydə alınıb.


1 saylı marşrut xətti ilə hərəkətdə olan “Hyundai” markalı sərnişin avtobusu yolu keçmək istəyən Xocalı sakini, 1964-cü il təvəllüdlü Əsgərova Sevda Yusif qızını vurub.
 

Yaralı dərhal xəstəxanaya yerləşdirlib, vəziyyətinin orta-ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv