Gəncədə sərxoş ana qızı tərəfindən döyüldü
Gəncədə döyülmə faktı qeydə alınıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin DOST-84 adlan yaşayış massivində qeydə alınıb.
1960-cı il təvəllüdlü şəhər sakini Sucayət Əli qızı Məmmədova müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Sərxoş vəziyyətdə olan qadına dərhal tibbi yardım göstərilib. Kəllə-beyin travması alan qadının vəziyyətinin kafi olduğu bildirilir.
Zərərçəkən deyib ki, yaşadığı evdə doğma qızı tərəfindən döyülüb. Faktla bağlı araşdırma aparılır.