Gəncədə sürücünün ürəyi tutdu - AVTOMOBİL İŞIQ DİRƏYİNƏ ÇIRPILDI

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.

 

Belə ki, “VAZ-2107” markalı minik avtomobili işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində sürücü, 1962-ci il təvəllüdlü Arzu İbrahimov hadisə yerində dünyasını dəyişib.

 

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, sürücünün ürəktutması qəzaya səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv