Gəncədə sürücünün xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Gəncədə xəsarətlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. APA TV nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "Mercedes " markalı minik maşını "Niva " markalı avtomobilə arxadan çırpılıb. Qəza zamanı sürücülərdən biri xəsarət alıb. Hər iki avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır

Fuad Nazimoğlu

APA TV Gəncə

Müəllif | Apa.Tv
Apa.tv