Gəncədə təbii fəlakət: Ağac maşının üzərinə aşdı
Gəncədə güclü külək nəticəsində ağac avtomobilin üstünə aşıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, əsən güclü külək nəticəsində şəhərin Heydər Əliyev prospektində iri gövdəli ağac Şəmkir rayon sakini Nabilə Narzalıyevə məxsus “VAZ 2106" markalı avtomobilin üzərinə aşıb.
Qeyd edək ki bir neçə gün bundan əvvəl analoji hadisə şəhərin Yeni Gəncə qəsəbəsində də qeydə alınıb. Burda da güclü külək ağacı “VAZ 2106" minik maşının üzərinə aşırıb. Xoşbəxtlikdən bu hadisədə də xəsarət alan olmayıb.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV