Gəncədə tələbə dəm qazından boğulub
Gəncədə dəm qazından boğulma hadisəsi baş verib.
APA TV -nın yerli bürosunun xəbərinə görə,hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.Belə ki Kəlbəcər rayonundan olan məcburi köçün 1998 ci il təvəllüdlü Məmmədov Tural Uğur oğlu yaşadığı mənzildə dəm qazından boğulub.
Gənc oğlanı xəsətəxanaya çatdırsalar da onu xilas etmək mümkün olmayıb.Qeyd edək ki, dəm qazından boğulan gənc Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi olub.
Faktla bağlı araşdırma aparılır.