Gəncədə tövlə yanıb – BİR NƏFƏR ZƏHƏRLƏNDİ
Gəncədə baş verən yanğından 1 nəfər tüstüdən zəhərlənib.
APA Tv–nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin
”Poçt” qəsəbəsində qeydə alınıb. Belə ki, 1966-cı il təvəllüdlü Əhmədov Müsəlim Novruz oğluna məxsus ümumi sahəsi 48 m² olan tövlədə yanğın başlayıb. Dərhal hadisə yerinə FHN–nin yanğın söndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ot tayası və tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə zamanı ev sahibi tüstüdən zəhərlənib. Zəhərlənən şəxs təcili tibbi yardım biqadası tərəfindən xəstəxanaya apaılıb.
Yanğının elektirik naqilində qısa qapanmadan baş verdiyi bildilir.