Gəncədə Türkiyə Cümhuriyyətinin 96-cı ildönümü qeyd edilib

 

Gəncədə Türkiyə Cümhuriyyətinin 96-cı ildönümünə həsr olunan tədbir keçirilib.

APA TV-nin qərb bürosunun məlumatına görə, Tədbirdə şəhər rəhbərliyinin nümayəndələri, şəhər ictimaiyyəti, ziyalılar, Gəncə şəhərində fəaliyyət göstərən Türkiyəli iş adamları iştirak ediblər.

Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın videotəbriki izlənilib.

Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk ölkələrimiz arasındakı münasibətlərdən və əldə olunan nailiyyətlərdən danışıb. Çıxışlardan sonra Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin ifasında Azərbaycan və Türkiyə musiqisi nümunələri səsləndirilib. Rəsmi hissədən sonra tədbir iştirakçıları üçün ziyafət təşkil olunub.

Müəllif | Apa.Tv
Apa.tv