Gəncədə Türkiyə Respublikasının yaranmasının 99-cu ildönümü qeyd olunub

Gəncədə Türkiyə Respublikasının elan olunmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, Məhsəti Gəncəvi Mərkəzində baş tutan tədbirdə Türkiyənin işğaldan azad edilməsi, Cümhuriyyətin qurulması və 44 günlük Vətən müharibəsində canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib.

 

Zeki Öztürk Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 99-cu ildönümü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi məktubunu oxuyub. Konsul çıxış edərək, türk xalqının istiqlal mübarizəsindən, Türkiyə Cümhuriyyətinin bugünkü inkişaf və tərəqqisindən danışıb.

 

Çıxış edən digər natiqlər Türkiyə xalqını təbrik ediblər.

 

Rəsmi hissədən sonra tədbir iştirakçıları üçün ziyafət təşkil olunub.

 

 

Fuad Nazimoğlu,  

Mehdi Məmmədov,

APA TV, Gəncə

 

Müəllif | Apa.Tv
Apa.tv