Gəncədə velosipedçi qazıntı yerinə düşdü - AĞIR XƏSARƏT ALDI
Gəncədə velosipeddən yıxılan gənc xəsarət alıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Tovuz rayon sakini - 1993-cü il təvəllüdlü Xanməmmədov Allahverdi Xanlar oğlu velosiped sürən zaman idarəetməni itirib və o, qazılmış quyuya düşüb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Gənc oğlana alının, burnun, sifətin, üst dodağın əzilmiş-kəsilmiş yaraları və üstün diş düşməsi diaqnozu qoyulub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Qeyd edək ki, hadisə baş verən küçə kanalizasiya çəkilişi ilə bağlı qazılıb.
Faktla bağlı araşdırma aparılır.