Gəncədə vətəndaş aldığı yağı evə aparıb çekə baxanda şok yaşadı

Gəncə sakini Tahirə Hüseynova bildirir ki , yaşadığı ərazidə yerləşən “Sultan” marketdə onu aldadıblar.onu aldadıblar. Vətəndaşın sözlərinə görə, o 24 manat 50 qəpiklik yağa 26 manat 40 qəpik pul ödəyib. Vətəndaş isə bu qiymət fərqini evə gəldiyi zaman görüb.

Üz tutduq sözü gedən mağazaya...

Mağazadan bildirildi ki, həqiqətən də məhsul müştəriyə piştaxtada göstərilən qiymətdən baha satılıb. Səbəb kimi isə müştəri çoxluğu və kassirin yorğun olması göstərilib.

Şəhər sakinləri də marketlərdə analoji hadisə ilə tez-tez üzləşdiklərini bildirirlər.

Kiçik mağazalarda və supermarketlərdə yaşanan bu kimi aldatma halları ilə bağlı həm Gəncə sakinlərinin şikayətlərini, həm də qaynar xəttimizə daxil olan digər bənzər şikayətləri nəzərə alaraq Azad İstehlakçılar Birliyi ilə əlaqə saxladıq. Birliyin sədri Eyyub Hüseynov bildirdi ki, aldatma cəhdi ilə bağlı il ərazində Azad İstehlakçılar Birliyinə də çox şikayətlər daxil olub.

Birliyin sədri həmçinin vətəndaşlara alış-veriş edərkən diqqətli olmalarını tövsiyə edib. 

Müəllif | Apa.Tv
Apa.tv