Gəncədə xurma ağacından yıxılan qadın öldü
Gəncədə 62 yaşlı qadın çıxdığı ağacdan yıxılaraq ölüb.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.
Şəhər sakini - 1957-ci il təvəllüdlü Musayeva Güldəstə Kərəm qızı xurma dərmək üçün çıxdığı ağacdan yıxılıb.
Qadın dərhal xəstəxanaya yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.