Gəncədə yağışlı hava qəzaya səbəb oldu

Gəncədə yağışlı hava qəzaya səbəb olub.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov Prospektində qeydə alınıb.

 

Belə ki, hərəkətə olan “Ford transit”  markalı yük maşını idarəetmədən çıxaraq dairəyə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da avtomobilə və yol təsərrüfatına ziyan dəyib.

 

İlkin ehtimallara görə, qəzaya havanın yağışlı olması səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv