Gəncədə yaşayış binasında partlayış olub

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə oktyabrın 26-da şəhərin İsaq Cəfərov küçəsindəki beşmərtəbəli yaşayış binasın 1-ci mərtəbəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan Ziyafət Babayevaya məxsus evdə partalayış olub. Partlayış dalğasının təsirindən otağın qapı və pəncərə çərçivələri yerindən çıxıb. Partlayışdan sonra yanğın baş verib.

 

5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub. Xəsarət alan yoxdur. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, mənzildə qaz sızması olub.

Müəllif | Apa.Tv
Apa.tv