Gəncədə yaşayış binasında yanğın baş verib
Gəncədə yanğın olub.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev Prospektində yerləşən 5 mərətəbəli binada qeydə alınıb.
Yanğın Həmidova Tümən Fərman qızına məxsus bir otaqlı evdə baş verib.
Dərhal hadisə yerinə FHN-in yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb, alovun digər evlərə keçməsinin qarşısı alınıb. Bina sakinləri təxliyə edilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.