Gəncədə yaşayış evi yandı
Gəncədə fərdi yaşayış evində yanğın baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əli Nəzmi küçəsində, 1962-ci il təvəllüdlü Sevda Xəlilovaya məxsus evdə qeydə alınıb. Yanğın zamanı evin 30 kvadratmetr sahəsi əşyalarla birlikdə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 20-dən artıq canlı qüvvəsi və 5 yanğınsöndürən texnikası cəlb olunub. Yaxınlıqdakı evlər yanğından mühafizə olunaraq alov söndürülüb.
İlkin ehtimala görə, yanğın elektrik naqillərində baş verən qısaqapanmadan qaynaqlanıb. Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV