Gəncədə yaşayış yerini tərk edən koronavirus xəstələri barədə cinayət işi başlandı

Gəncədə yaşayış yerini tərk edən koronavirus xəstələri müəyyən edilib.

 

DİN mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən xəbərə görə, stasionar postda yoxlama zamanı, Gəncəyə daxil olmaq istəyən Yevlax rayon sakini Dursun Babazadənin koronavirus xəstəsi olduğu müəyyən edilib.

 

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində şəhər sakini Zaur Cavadovun da  yaşadığı ünvanı tərk etməsi və beləliklə COVID-19 virusunun yayılmasına şərait yaratması aşkar edilib. Polis əməkdaşları tibbi proseduraları gözləməklə onu yaşadığı evə göndərib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv