Gəncədə yeni doğulan körpə ölüb

Gəncə Perinatal Mərkəzində yeni doğulmuş körpə ölüb.

 

Hadisə yanvarın 15-də qeydə alınıb.

 

Qazax rayonu Çaylı kənd sakini, 1987-ci il təvəllüdlü Rəfiqə Xudai yanvarın 12-də mərkəzə yerləşdirilib. Qadın elə həmin gün mərkəzdə qeysəriyyə yolu ilə körpə dünyaya gətirib, 3 gün sonra körpə ölüb.

 

Uşaq vaxtından əvvəl dünyaya gəlib, 2 kq 200 qram çəkisi olub. İlkin məlumata görə, körpədə beyin daxili qan sızma baş verib.

Müəllif | Apa.Tv
Apa.tv