Gəncədə yeni tikilən ikimərtəbəli ev yanıb

Gəncədə yanğın hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Burla Xatın küçəsində qeydə alınıb.

İkimərtəbəli fərdi yaşayış evində anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in canlı qüvvəsi və yanğınsöndürən texnikası cəlb olunub.

Yağın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, yanan ev yeni tikildiyindən yaşayış olmayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv