Gəncədə yol qəzasında sərnişin xəsarət alıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik maşını ilə “Mercedes” markalı avtomobil toqquşub. Qəza zamanı “VAZ 2107”nin sərnişini, 1950-ci il təvəllüdlü Novruzova Səidə Sabir qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv