Gəncədə yollar suya qərq oldu

Son bir neçə gündə ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraiti Gəncədə bir sıra fəsadlara səbəb olub. Güclü yağışdan sonra yaranan gölməçələr sürücüləri çətin vəziyyətdə qoyub. APA TV əməkdaşları həmin ərazidə olublar.

Ötən axşamdan hökm sürən vəziyyət bu gün də gün davam edib. Ən çətin vəziyyət şəhərin Məhsəti qəsəbəsində müşahidə edilir.

Budan başqa  yağış suları qəsəbədə yerləşən poçtun binasına da ziyan vurub. Sel suları binanın içərisinə dolub.

Sakinlər deyir ki, hər dəfə yağış yağanda bu cür problemlərlə üzləşirlər.

Yağışın fəsadları Məhsəti qəsəbəsi ilə yanaşı, şəhərin Əli Məmmədov küçəsi, Cavad Xan qəsəbəsi və digər yaşayış massivlərində də çətinliklərə yol açıb.

Yaranan vəziyyəti aradan qaldırmaq üçün Gəncə Sukanal Törəmə Səhmdar Cəmiyyəti tərəfindən texnika və canlı qüvvədən ibarət 6 briqada yaradılıb.

Qeyd edək ki, Gəncədə yağışlı hava şəraiti davam etməkdədir.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, GƏNCƏ

 

NAİL ABDULLAYEV SAKİN

ANAR HÜSEYNOV SAKİN

MÜZƏFFƏR CƏFƏROV SAKİN

Müəllif | Apa.Tv
Apa.tv