Gəncədə yük maşını qəzaya uğrayıb, 2 nəfər ağır xəsarət alıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Nizami məqbərəsi yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan "Isuzu" markalı yük maşını idarəetmədən çıxıb. Nəticədə yük maşını yol kənarındakı səkiyə çırpılıb. Qəza zamanı sürücü və onun sərnişini ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv